"Liverpul"un futbolçusu üçün mövsüm başa çatdı.
"Liverpul"un təcrübəli futbolçusu Joel Matip çapraz bağlarının yırtılmas səbəbindən uzun müddət yaşıl meydanlarda olmayacaq.
Sportline.az Sprox.comtr-yə istinadla xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi mövsüm sonunadək komandasına kömək edə bilməyəcək.
"Liverpul" klubu ilə mövsüm sonunda müqaviləsi başa çatan futbolçu karyerasını bitirmək niyyətindədir.
Qeyd edək ki, Joel Matib "Liverpul" forması ilə 2016-cı ildən bu yana çıxdığı 201 oyunda 11 qol, 6 asistlə yadda qalıb.