"Lo Selso çox yaradıcı oyunçudur"

"Lo Selso çox yaradıcı oyunçudur".

Sportline.az xəbər verir ki, bunu "Tottenhem"in çalışdırıcısı Angelos Postekoqlou "Barselona"nın istədiyi Covanni Lo Selso barədə danışarkən deyib.

“Bura gəlməzdən əvvəl Lo Selsonu xeyli izlədim. Onun müəyyən keyfiyyətlərə malik olduğunu görmək olar. Növbəti bir neçə həftə ərzində o, meydançaya çıxmaq imkanı əldə edəcək” - deyə Angelos məşhur insayder Fabrizio Romanoya açıqlama verib.

Qeyd edək ki, Qavi zədəli olduğu üçün "Barselona"nın Lo Selsonu heyətinə cəlb etmək istəyir.