London klubları “Fənərbaxça”nın oyunçusu üçün rəqabətə girdilər
“Fənərbaxça”nın futbolçusu Sebastian Şmanski İngiltərə nəhənglərinin maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, ”Totenhem”dən sonra “Arsenal” da polşalı yarımmüdafəçini gündəminə alıb.
İngilis mediasında dolaşan xəbərlərdə bildirilir ki, “Arsenal” mövsümün sonuna qədər oyunçunu izləyəcək və yay transfer pəncərəsində heyətinə qatacaq.
"Sarı-lacivərtlilər"in futbolçu üçün təyin etdiyi tranfer qiyməti 35 milyon avrodur.
Yay aylarında “Totenhem” və “Arsenal”ın polşalı oyunçu üçün gərgin mübarizə aparacağı da vurğulanıb.
İstanbul klubunun heyətində bu mövsüm 35 oyuna çıxan Şmanskinin aktivində 12 qol, 14 məhsuldar ötürmə var.