“Los Anceles Leykers”in ulduzu zədələndi - Mövsümü başa vurdu
"Los-Anceles Leykers"in ulduzu mövsümün qalan hissəsini buraxacaq.
Sportline.az xəbər verir ki, Amerika Basketbol Liqasının (NBA) "Los-Anceles Leykers" klubunda çıxış edən Luka Donçiç zədə səbəbindən normal mövsümün qalan oyunlarında iştirak edə bilməyəcək.
Klubun yaydığı açıqlamada bildirilib ki, dün "Oklahoma Siti Tander"ə qarşı keçirilən oyunu yarımçıq tərk edən 27 yaşlı sloven basketbolçunun sol arxa əzələsində ikinci dərəcəli gərilmə aşkarlanıb.