Luis Diaz: "10 il qocaldım"

Bir müddət öncə valideynləri qaçırılan Luis Dias həmin dövrdə depressiyaya düşdüyünü açıqlayıb.

Sportline.az xəbər verir ki, "Liverpul"un ulduz futbolçusu bu barədə "Associated Press"ə danışıb.

"Atam və anam ən çox dəyər verdiyim insanlardır. Onların bu hadisə ilə üzləşməyi məni sarsıtdı. 10 il qocaldım. Heç vaxt unutmayacağam" - deyə Dias bildirib.