Luis Enrike "Arsenal" matçı ilə bağlı fikrilərini bölüşüb

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ikinci turuna start verilir.

Sportline.az xəbər verir ki, maraqlı oyunlardan birində PSJ "Arsenal"la üz-üzə gələcək.

Parislilərin baş məşqçisi Luis Enrike oyunla bağlı düşüncələrini bölüşüb.

"Mikel Arteta ilə yaxşı tanışam. Bir mövsüm "Barselona"da birlikdə oynamışıq. Onunla bağlı yaxşı xatirələrim var. Mikel hazırda dünyanın ən yaxşı məşqçilərindəndir. Qarşılaşmanı böyük səbirsizliklə gözləyirəm", - deyə Enrike UEFA rəsmi səhifəsinə açıqlamasında bildirib.

Qeyd edək ki, "Arsenal" - PSJ matçı bu gün saat 23:00-da başlanacaq.