Luis Enrike İspaniya millisində

İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşib. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası Luis Enrike ilə razılığa gəlib. Mütəxəssislə iki illik müqavilə imzalanacağı gözlənilir.

L.Enrikenin sonuncu iş yeri "Barselona" klubu olub.

Qeyd edək ki, Xulen Lopeteqinin istefaya göndərilməsindən sonra milli koman da müvəqqəti olaraq Fernando Yerroya həvalə olunmuşdu.