Luis Enrike "PSJ"dən gedəcək futbolçuların adını açıqlayıb

"PSJ" klubunun baş məşqçisi Luis Enrike klub rəhbərliyinə hansı futbolçuların transferə çıxarılmalı olduğunu deyib.
Sportline.az Sport.es-ə istinadla xəbər verir ki, komandanın çalışdırıcısı 26 yaşlı fransız müdafiəçi Nordi Mukiele ,eləcə də fransalı 21 yaşlı hücumçu Huqo Etikiteni heyətdə düşünmür.

Hər iki futbolçunun klubla müqaviləsi 2027-ci il iyunun 30-da başa çatır.

Qeyd edək ki, Enrike 2023-cü ilin iyulun 5-dən kluba rəhbərlik edir.Bu müddət ərzində o "PSJ" ilə Fransa Super kubokunu qazanmağı bacarıb.