Luis Hamilton karyerasının ən pis mövsümünü keçirir

“Mersedes” komandasının pilotu Luis Hamilton karyersının ən uğursu mövsümünü keçirib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, ingiltərəli təcrübəli pilot 17 illik F1  karyerasında ilk dəfə qatıldığı 4 yarışda ilk 6-ya daxil ola bilməyib.  

Luis Hamilton Yaponiya qran-prisindən sonra açıqlamasında :”Nə olduğunu anlaya bilmirəm, amma tezliklə toparlanacağıma söz verirəm”,-deyib.

Qeyd edək ki, Luis Hamilyon Yaponiya qran-prisini 9-cu sırada başa vurub.