Luis Maqo Rusiya klublarına təklif olundu
Venesuela millisinin üzvü Luis Maqo Rusiya klublarına təklif olunub.
Sportline.az "RB Sport"a istinadla xəbər verir ki, "Banfild"in mərkəz müdafiəçisi barədə məlumatlar "Rubin" və "Orenburq"a çatdırılıb. Futbolçu özü də karyerasını Rusiya çempionatında davam etdirmək istəyir.
Maqonun Argentina klubunda müqvailəsinin müddəti bu ilin sonuna qədərdir.
Maqo 2018-ci ildən Venesuela millisində oynayır. O burada keçirdiyi 19 matçda 2 qolla yadda qalıb.