Luiz Suarez :"Barselona"dan öncə "Real Madrid" istədi

Uruqvaylı ulduz futbolçu Luiz Suarez "Barselona"ya trasnferi ilə bağlı maraqlı açıqlama verib. 

Sportline.az Gola.com-a istinadla xəbər verir ki, təcrübəli hücumçu açıqlamasında :"Əslində "Barselona"dan öncə "Real Madrid" təklif göndərdi. Onlar məni Kərim Benzemanın yerinə istədiklərini dedilər. Transfer alınmadı və "Barselona"nın təklifi qəbul edildi.Bu qərar məni xoşbəxt etdi. Çünkü Lionel Messi və Neymarla əla komanda yoldaşı olduq və uğurlara imza atdıq. Futbolçu karyeramın ən gözəl illərini yaşadım. Kərim Benzema "Real Madrid"ə yaraşırdı. Onunla və Kriştianu Ronaldu ilə mübarizə aparmaq hissini açıqlmaq mümkün deyil",-deyib.

Qeyd edək ki, Luiz Suarez hazırda Amerika Liqasında çıxış edən "İnter Mayami"nin şərəfini qoruyur.