Luiz Suarez və Lionel Messi yenidən bir arada
Luiz Suarez keçmiş komanda yoldaşı Lionel Messinin çıxış ettiyi “İnter Mayami” klubuna transfer olmağa hazırlaşır.
Sportline.az idman jurnalisiti Fabritsio Romanonun paylaşımına istinadla xəbər verir ki, 36 yaşlı futbolçu “Qremio” forması ilə çıxdığı son oyunda azarkeşlərlə sağollaşıb.
Təcrübəli mərkəz hücumçusu yeni mövsümdə “İnter Mayami”nin şərəfini qoruyacaq.
Qeyd edək ki, Luiz Suarez bu keçidi yalnız Lionel Messiylə birlikdə oynamaq şansı olduğu üçün etdyini bildirib.