“Olimpiakos”-“Makkabi Tel Əviv” oyunu öncəsi xoşagəlməz hadisə yaşanıb

“Olimpiakos”-“Makkabi Tel Əviv” oyunu öncəsi xoşagəlməz hadisə yaşanıb

Sporline.az ieidiseis.gr-ya istinadla xəbər verir ki, “Makkabi Tel-Əviv” azarkeşləri Yunanıstanda əlində Fələstin bayrağı tutan şəxsi döyüblər.Polislər hadisə yerinə 10 dəqiqə sonra çatıblar.

Mənbənin xəbərinə görə, insident Sintaqma meydanında parlament binasının yaxınlığında baş verib.Polis hadisədən sonra 2 nəfəri saxlayıb.Yaralı azarkeşə həkim yardımı göstərilib.Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Afinada keçirilən Uefa Konferans Liqası 1/8 finalının ilk oyununda “Olimpiakos” “Makkabi Tel Əviv”ə 4-1 hesabı ilə məğlub olub.