Macarıstan-İsveçrə oyununun ən yaxşısı bilinib

İsveçrəli yarımmüdafiəçi Qranit Xaka Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Macarıstanla görüşün ən yaxşı oyunçusu seçilib.

Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat verib.

Kölndəki “Rhein-Energie” stadionunda baş tutub oyunun start fiti saat 17:00-da səslənib. İsveçrə seçməsi 3:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, qrupun digər oyununda İspaniya millisi Xorvatiya üzərində inamlı qələbə qazanıb.3-0.

Qeyd edək ki, Qranit Xaka 2011-ci ildən İsveçrə millisində çıxış edir. Ümumilikdə futbolçu komandanın heyətində 126 oyun keçirib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib. Transfermarkt portalında  futbolçunun transfer dəyəri 20 milyon avrodur.