Madridlilər "Santyaqo Bernabeu"dan narazıdırlar

"Real Madrid"in yenilənən stadionunda daim dünyanın ən məşhur müğənniləri səhnə alıb.

Sportline.az "MadridXtra" saytına istinadən xəbər verir ki, Madrid şəhərinin sakinləri "Santiaqo Bernebeu" stadionunda konsertlərin təşkilindən narazıdırlar.

Buna səbəb yüksək tonlu səs-küyün olması və sərxoş tamaşaçıların asayişi pozmasıdır.

Sərxoş insanların ətrafda nalaiq hərəkətlərə yol verməsi artıq adi halıb. 

Qeyd edək ki, bunun nəzərə alan "Real" rəhbərliyi aprel ayına qədər "Santiaqo Bernabeu" stadionunda keçiriləcək bütün konsert proqramlarını təxirə salıb.