Makrondan Mbappe açıqlaması
Fransa prezidenti Emmanuel Makron Kilian Mbappeni PSJ-də qalmağa razı salmağa çalışmayıb.
Sportline.az "RMC Sport"a istinadla xəbər verir ki, Fransa prezidenti ulduz futbolçu ilə şam yeməyi zamanı onun gələciyini müzakirə etmədiyini deyib.
"RMC Sport" prezidentin fikirlərinə bu cür yer verir: "Bu şam yeməyi Mbappeni razı salmaq üçün idi? Xeyr, qətiyyən. Bu sual müzakirə olunmadı. Mən bunu klubun öhdəliyinə buraxıram. Mbappenin mənim qəbulumda olması normaldır. Düşünürəm ki, bütün fransalılar bu böyük oyunçuya heyrandırlar, amma heç bir müzakirə olmadı".
Qeyd edək ki, bu mövsüm PSJ ilə 32 oyuna çıxan Mbappenin aktivində 32 qol, 7 məhsuldar ötürmə var.