“Malatyaspor” azarkeşləri klub prezidentinə hücum ediblər
"Yeni Malatyaspor" klubunun azarkeşləri prezidentin avtomobilinə zərər yetiriblər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, ötən gecə bir qrup azarkeş klub prezidenti Adil Qevrekin avtomobilini saxlayaraq yumurta atıblar.
Malatyadan İstanbula getməyə çalışan Adil Qevrek havalimanında da bir qrup azarkein istefa tələbə ilə qarşılaşıb və ərazini tərk etməyə çalışıb.
Qeyd edək ki, Türkiyə 2-ci liqasında mübarizəni davam etdirən "Malatyaspor" azarkeşləri klubun hazırki vəziyyətindən narazı olduqları üçün bu addımı atdıqlarını deyiblər.