Maldini İbrahimoviçin problemindən danışdı

“Milan”ın texniki direktoru Paolo Maldini Zlatan İbrahimoviçin “qırmızı-qaralar”a mümkün keçidi  haqda danışıb.

Sportline.az xəbər verir ki, o, İtaliya mətbuatına açıqlamasında 38 yaşlı  hücumçu ilə danışıqların davam etdiyini bildirib: “Başqa variantlarımız da var və bunlar haqda da düşünürük. İbrahimoviçin vəziyyətində yeganə problem oktyabrın 28-dən futbol oynamamasıdır. Ancaq klubumuz bütün istedadlı futbolçuları gözdən keçirməyə hazırdır”.

Xatırladaq ki, "Los-Anceles Qalaksi"dən ayrılan Zlatan 2010-2012-ci illərdə “Milan”da çıxış edib.