Maldini karyerası ilə bağlı planlarını açıqladı

"Milan"ın əfsanəsi Paolo Maldini gələcək planlarından söz açıb.

Sportline.az xəbər verir ki, o, doğma klubundan ayrıldıqdan 6 ay sonra bəzi mətləblərə aydınlıq gətirib.

"Bəziləri "Milan"ın tarixinə hörmət bəsləməyə bilər. Amma, bu, mənə aid deyil. Onun ideallarına daim sadiq qalacağam. Gələcəyimlə bağlı onu deyə bilərəm ki, İtaliyada başqa klubda çalışa bilmərəm. Olsa, yalnız xarici klub olacaq".

Qeyd edək ki, Maldini bu ilin iyununda "Milan"ın texniki direktoru vəzifəsindən istefa vermişdi.