Mançester derbisindən sonra Mourinyo qalmaqalı
Ötən gün keçirilən “Mançester Yunayted” – “Mançester Siti” matçından (1:2) sonra futbolçular arasında kütləvi qarşıdurma baş verib. Sportline.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, insident əvvəlcə meydan sahiblərinin baş məçqçisi Joze Muorinyo ilə “şəhərlilər”in qapıçısı Ederson arasında yaşanıb.
Qonaqların qələbəni həddindən artıq yüksək səslə qeyd etməsi Mourinyonu əsəbləşdirib. Portuqaliyalı çalışdırıcı buna etirazını bildirmək üçün rəqibin paltardəyimə otağına daxil olub. Bu zaman onunla braziliyalı qolkiper arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən Mourinyo plastik su qabını Edersonun başına çırpıb. Ardınca “Mançester Siti”nin futbolçuları Mourinyonun üzərinə su qabı atıblar. Nəticədə hər iki komandanın futbolçuları arasında kütləvi dava düşüb. Qonaqların köməkçi-məşqçisi Mikel Artetanın qaşı partlayıb.
Mühafizəçilər çətinliklə də olsa aranı sakitləşdirməyi bacarıblar.