“Mançester Siti” 19 yaşlı futbolçu ilə razılaşıb

"Mançester Siti" klubu 19 yaşlı braziliyalı ilə şəxsi razılıq əldə edib.

Sportline.az xəbər verir ki, "mavilər" İspaniyanın "Jirona" klubunda çıxış edən 19 yaşlı futbolçu Savinyo ilə razılıq əldə edib. 

"Mançester Siti" rəsmiləri futbolçunun yazda komandaya qatılacağını bildiriblər.

Qeyd edək ki, Savinyo bu mövsüm çıxdığı 27 oyunda 8qol, 8 asistlə yadda qalıb.