"Mançester Siti" türk futbolçu ilə maraqlanıb
"Orenburq"un hücumçusu Emircan Gürlükün agenti İbrahim İzen "Mançester Siti"nin futbolçuya olan diqqətindən danışıb.
Sportline.az "Euro-Futbol.Ru"ya istinadla xəbər verir ki, o, hücumçunun digər komandalardan gələn təklifləri niyə qəbul etmədiyini də açıqlayıb.
“Bəli, doğrudan da, “Mançester Siti” üç dəfə skautlarını göndərdi, bir çox komanda onunla maraqlanırdı, məsələn, "Vesterlo". Biz ilk növbədə Əmircanın oynamasını, irəliləməsini istəyirdik. "Orenburq" təmsilçiləri ilə söhbətdən sonra qərara gəldik ki, Əmircan burada özünü sübut edə və uğur qazanacaq. Bir az sonra “Beşiktaş”la seçimimiz var idi, amma sözümüzü verəndə onu pozmuruq və biz artıq “Orenburq”la razılığa gəlmişik. Bizim böyük hədəflərimiz var və biz irəliyə doğru addımlar atırıq. Əgər böyük klubda oynamaq istəyirsənsə, o zaman müdafiə üzərində işləməyi bacarmalısan”, – deyə agent bildirib.