"Mançester Siti" ulduz futbolçuya yeni müqavilə təklif edəcək
"Mançester Siti" norveçli ulduz futbolçuya yeni müqavilə təklif edəcək.
Sportline.az Gola.com-a istinadla xəbər verir ki, Erlinq Holand karyerasını İngiltərə klubunda davam etdirəmk istədiyini açıqlayıb.
"Mançester Siti" rəsmiləri futbolçuya 5 illik yeni müqavilə təklif edəcəklərini bildiriblər. Norveçli hücumçuya "Real Madrid"ə keçməsi ilə bağlı yönləndirilən suallar isə cavabsız qalıb.
Qeyd edək ki, İngiltərə mediası daha öncə Holandın "Real Madird"ə trasnfer ola biləcəyi ilə bağlı məlumat yaymışdı.