"Mançester Siti"dən "Arsenal"a keçir
"Mançester Siti"dən azad agent kimi ayrılan Con Stounz karyerasını "Arsenal"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda "The Sun Football" nəşri məlumat yayıb.
32 yaşlı stopperin dəyəri 12 milyon avrodur.
Qeyd edək ki, C.Stonz 2016-cı ildən "Mançester Siti"də çıxış edirdi.