"Mançester Siti"dən Rocers həmləsi

"Mançester Siti" "Aston Villa"nın ingiltərəli futbolçusu Morqan Rocersi heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti"nin rəhbərliyi mövsümün sonunda Rocers üçün "Aston Villa"ya rəsmi təklif göndərəcək.

Birmingem klubu 22 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir. O bu mövsüm çıxış etdiyi 44 matçda 13 qol və 11 asistlə yadda qalıb.

Qeyd edək ki, Morqan Rocers "Mançester Siti" yetirməsi sayılır.