"Mançester Siti"nin yarımmüdafiəçisi De Brüyne səhhətindən danışıb
"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyne səhhətindən danışıb.
Sportline.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, o, nə vaxt tam sağalacağını bilmədiyini etiraf edib.
“Ümid edirəm ki, qayıdanda hər şey yaxşı olacaq. Bu zədə oyunun həddən artıq yüklənməsi, həmçinin digər zədələrim olduğu zaman matçlarda iştirak etdiyim üçün baş verdi”, - deyə de Brüyne bildirib.