“Mançester Yunayted” 18 yaşlı futbolçu ilə müqavilə müddətini uzadacaq
"Mançester Yunayted" klubu 18 yaşlı futbolçu ilə müqavilə müddətini uzadacaq.
Sportline.az idman jurnalisiti Fabritdyo Romanonun instaqram sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verir ki, "qırmızı şeytanlar" ingiltərəli yarımmüdafiəçi Kobi Mainu ilə uzun müddətli müqavilə imzalayacaq.
Gənc ulduz İngiltərə klubunun yeni təklif nə olursa olsun qəbul edəcəyini bildirib.
Qeyd edək ki, "Mançester Yunayted" rəsmiləri 2026-cı ilədək müqaviləsi olan futbolçu ilə daha 5 illik müqavilə imzalayacaqlarını deyiblər.