"Mançester Yunayted" 39 yaşlı futbolçu ilə yola davam edəcək

"Mançester Yunayted" 39 yaşlı qapıçısı Tom Hitenle bağlı qərar verib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə klubu futbolçu ilə müqavilənin müddətini uzadıb.

İngiltərəli kiper 2026-cı ilin iyun ayına qədər "Mançester Yunayted"də çıxış edəcək.

Qeyd edək ki, Tom bu mövsüm cəmi 1 matçda meydanda olub.