"Mançester Yunayted" azarkeşləri fransalı futbolçunun klubdan ayrılmasını istəyirlər

"Mançester Yunayted" azarkeşləri 28 yaşlı fransalı futbolçu Antoni Marsialın başqa kluba transfer olmasını istəyirlər. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 9 mövsüm "qırmızı-şeytanlar"da forma geyinən 28 yaşlı hücumçu komandada qalmaq istəsə də azarkeşlər ayrılmasını tələb ediblər. 

Uzun müddətdir zədədən əziyyət çəkən fransalı hücumçu üçün Türkiyənin "Fənərbağça" klubu təklif göndərsə də Antoni Marsial komandada qalmağı seçmişdi. 

Qeyd edək ki, Antoni Marsial bu mövsüm cəmi 19 oyunda meydana çıxıb, 2 qol, 2 məshuldar ötürmə ilə yadda qalıb.