"Mançester Yunayted" Bundesliqa klubunun gənc futbolçusu ilə maraqlanır

"Mançester Yunayted" "Ştutqard"ın 27 yaşlı futbolçusu Serxu Quirassini heyətinə qatmaq istəyir.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "qırmızı-şeytanlar" Almaniya klubu ilə danışıqlara başlayıb. 

27 yaşlı mərhəz hücumçusunun "Barussiya Dortmund"la oyundan sonra "Azarkeşlərə dəstəkləri üçün təşəkkür edirəm. Hər şeyə görə çox sağ olun",-deyib.

Bunun ardından azarkeşlər Quirassinin komandadan ayırlmaması üçün instagram hesabında şərh bölməsinə "getmə" yazmağa başlayıblar.

Qeyd edək ki, Serxu Quirassi bu mövsüm "Ştutqard" forması ilə çıxdığı 13 oyunda 18 qol, 2 asistlə yadda qalıb.