"Mançester Yunayted" futbolçusunu geri istəyir
"Mançester Yunayted" bu mövsüm "Fənərbağça"ya transfer etdiyi Fredi yenidən heyətinə qatmaq niyətindədir
Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, "qırmızı-şeytanlar" 30 yaşlı yarımmüdafiəçi üçün "sarı-lacivərtlər"lə görüşmələrə başlayıb. İstanbul nəhəngi ulduz futbolçu üçün 20 milyon avro tələb edib.
"Mançester Yunayted" qış transfer pəncərəsində Fredi geri qaytarmaqda israrlıdır.
Qeyd edək ki, Fred bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 15 oyunda 5 asistlə yadda qalıb.