"Mançester Yunayted" futbolçusu ilə müqavilə müddətini uzadır
"Mançester Yunayted" Antoni Marsiyalla müqavilə müddətini uzatmaq qərarına gəlib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 28 yaşlı hücumçu daha 3 il "qırmızı şeytanlar"ın şərəfini üoruyacaq.
Komandanın baş məşqçisi Erik Ten Haq futbolçunun klubda qalmasını istəyib.
Qeyd edək ki, Antoni Marsial bu mövsüm "Mançester Yunayted" forması ilə çıxdığı 18 oyunda 2 qol, 2 asistlə yadda qalıb.