"Mançester Yunayted" ilk dəfə belə halla qarşılaşdı

"Mançester Yunayted" ilk dəfə Çempionlar Liqasında iki və daha çox top fərqilə üstün olduğu oyunda məğlubiyyətlə barışıb.

Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar" bu halla ötən gecə "Kopenhagen"lə görüşdə raslaşıblar.

İlk dəqiqələrdən hesabı açan qonaqlar hissənin ortalarında fərqi artırsalar da komandalar fasiləyə 2:2 hesablı bərabərliklə yollanıblar.

İkinci hissədə daha iki qol vuran mançesterlilər yenidən üstünlüyü əldən veriblər.

Nəticədə oyun "Kopenhagen"in 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 4 oyundan cəmi 3 xal toplayan "Mançester Yunayted" qrupun autsayderidir.