"Mançester Yunayted" idman direktoru vəzifəsi üçün axtarışlara başlayıb
"Mançester Yunayted" ingiltərəli idman direktoru ilə danışıqlara başlayıb.
Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar" Dan Aşvortla görüşdüklərini bildiriblər.
İngiltərə mediasında yer alan xəbərə əsasən "Nyukasıl Yunayted" klubunun idman direktoru "Mançester Yunayted"ə keçmək istədiyini deyib.
Qeyd edək ki, Dan Aşvort daha öncə "Brayton" klubununda da çalışıb.