"Mançester Yunayted" ingiltərəli ulduz futbolçu ilə maraqlanır

"Mançester Yunayted" klubu ingiltərəli ulduz hücumçunun transferində maraqlıdır.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" "Bavariya" klubunda çıxış edən Hari Keyni trasnfer etmək istəyirlər.

İngiltərə klubu futbolçunun keçidi üçün daha öncə "Tottenhme" rəsmiləri ilə görüşsələr də keçid alınmamışdı."Mançester Yunayted" klubu hələdə Hari Keyni istədiyi üçün "Bavariya" klubu ilə danışqlara başlayacaq.

Qeyd edək ki, Hari Keyn bu mövsüm çıxdığı 30 oyunda 29 qol, 8 asistlə yadda qalıb.