"Mançester Yunayted" "Real Madrid"in rekordunu yeniləyib

"Mançester Yunayted" klubu "Real Madrid"in rekordunu yeniləyib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, UEFA klubların ümumi dəyərini hesablayıb. "Qırmızı şeytanlar" Avropa klubları arasında ən bahalı heyət siyahsına liderlik edib. Belə ki, İngiltərə klubu 1,52 milyard dollarlıq heyətlə "Real Madrid"in 2020-ci ildəki 1,42 milyard dollarlıq rekordunu yeniləyib. 

"Mançester Yunayted" Antoni və Ceydon Sanço trasnferində kosmik məbləğ ödəyərək rekord nəticə göstərib. 

Qeyd edək ki, heyətlərin dəyərinə 2023-cü ildən sonrakı transferlər əlavə olunmayıb.