"Mançester Yunayted" şotlandiyalı futbolçu ilə yeni müqavilə imzalayacaq

"Mançester Yunayted" klubu 27 yaşlı şotlandiyalı futbolçu ilə müqavilə müddətini uzatmaq qərarına gəlib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" yarımmüdafiəçi Skot Maktomineylə 2025-ci ildə müqaviləsi başa çatmadan öncə yeni sözdələşmə imzalamaq qərarına gəliblər.

Şotlandiyalı futbolçu komandada qalmaq istədiyini və xoşbəxt olduğunu açıqlayıb. 

Qeyd edək ki, Skot Maktominye bu mövsüm çıxdığı 24 oyunda 6 qol, 1 asistlə yadda qalıb.