"Mançester Yunayted"in futbolçusu yenidən zədələnib
"Mançester Yunayted"in cinah müdafiəçisi yenidən zədələnib.
Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik Ten Haq Aron Van-Bissakanın məşq zamanı yenidən zədələndiyini deyib.
Təcrübəli çalışdırıcı ingiltərəli futbolçunun 3 həftə daha yaşıl meydanlardan uzaq olacağını bildirib.
Qeyd edək ki, Aron Van-Bissaka uzun müddətir zədləi olduğu üçün komandasına kömək edə bilmir.