"Mançester Yunayted"in gözü PSJ-nin futbolçusuna düşüb

"Mançester Yunayted" "Paris Sen-Jermen"in fransalı futbolçusu Zaire Emerini heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.

Emerinin meneceri İngiltərə klubu ilə danışıqlar aparır.

Qeyd edək ki, fransalı futbolçu bu mövsüm meydana çıxdığı 51 matçda 3 qol 2 asistlə yadda qalıb.