“Mançester Yunayted”in istəmədiyi futbolçu Türkiyə klubuna keçəcək
“Mançester Yunayted”in istəmədiyi futbolçu Türkiyə klubuna keçəcək.
Sportlinü.az Sporx.com-a istinadla xəbər verir ki, "qırmızı şeytanlar"ın mövsüm sonunda yollarını ayərmaq istədiyi Antoni Marsialın meneceri "Fənərbağça" klubu ilə danışıqlara başlayıb.
Türkiyə klubu daha öncə təklif göndərsə də "Mançester Yunayted" qəbul etməmişdi. "Fənərbağça" klubu futbolçunu azad agent kimi heyətinə qatacaq.
Qeyd edək ki, "Fənərbağça" rəsmiləri Antoni Marsialın menecerinə daha öncə təklif etdikləri məbləğdən daha azını ödəyəcəklərini bildiriblər.