"Mançester Yunayted"in keçmiş futbolçusu Koreya klubu ilə razılaşdı

"Mançester Yunayted"in keçmiş futbolçusu Cessi Linqard komandasız qaldığı üçün Korey klubu ilə razılaşıb. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, 31 yaşlı hücumçu Koreyanın "Seul" klubu ilə yeni müqavilə imzalayıb. 

Daha öncə "Nottingem Forest" və "Vesthem Yunayted"də çıxış edən ingiltərəli futbolçunun performansı istənilən səviyyədə olmadığı üçün İngiltərə klublarının diqqət mərkəzinə düşməyi bacarmayıb.

Qeyd edək ki, Cessi Linqard bu keçiddən 8 milyon avro gəlir əldə edib.