"Mançester Yunayted"in yeni idman direktoru ilə razılaşıb

"Mançester Yunayted" klubu yeni idman direktoru ilə razılıq əldə edib. 

Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar" "Nyukasıl Yunayted"də çalışan Dan Aşvort ilə razılıq əldə edib. 

Daha öncə "Brayton" klubunda da çalışan təcrübəli idman direktoru "Mançester Yunayted"də keçmək istədiyini komanda rəsmilərinə bildirib.

Qeyd edək ki, Dan Aşvortun "qırmızı şeytanlar"la yaxın tarixdə müqavilə imzalayacağı gözlənilir.