"Mançester Yunayted"in yeni sahibindən maraqlı açıqlama
"Mançester Yunayted"in yeni sahibi maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni sahibi Ser Cim Ratkliff Açıqlamasında :"Tək hədəfyim "Liverup" və "Mançester Siti" klublarını keçməkdir. Bizim komandamız İngiltərədə ən köklü klublardan biridir. Qalib gəlmək üçün nə lazımdırsa edəcəyik. Azarkeşlərdən mənə sadəcə zaman verməsini istəyirəm",-deyib.
Ser Cim Ratkliff mövsüm sonunadək ilk 3-də yer almaq və Çemponlar Liqasında mübarizə qatılmaq istədiklərini bildirib.
Qeyd edək ki, Ser Cim Ratklif bu mövsüm "Mançester Yunayted" klubunun 25%-lik hissəsinin sahibi olub.