"Mançetser Yunayted" gənc futbolçu üçün 40 milyon avro təklif edib

Mançester Yunayted" "Valensiya"nın 20 yaşlı futbolçusu Xavi Querra üçün 40 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İspaniya klubu mərkəz müdafiəçisi üçün daha artıq məbləğ tələb edib. "Qırmızı şeytanlar"ın rəhbərliyi Xavi Querranın komandaya qatılmasını istədiyindən danışıqlar masasına oturmağı qəbu ediblər. "Valensiya" klubu "Yuventusun" 25 miylon avroluq təklifini geri çevirdiyini də xatırladıb.

Qeyd edək ki, Xavi Querra bu mövsüm "Valensiya" forması ilə çıxdığı 18 oyunda 3 qol, 1 asistlə yadda qalıb.