Mançini: "AÇ üçün həyəcanlıyıq"
İtaliya millisinin baş məşqçisi Roberto Mançini açıqlama verib.
Sportline.az xəbər verir ki, 55 yaşlı mütəxəssis AÇ-2020-nin planlarından və yığmanın oyun stilindən danışıb:
"Hücum futbolunu sevirəm. İtaliya özünəməxsus oyun anlayışı ilə 4 dəfə dünya kubokunu qazanıb. Ancaq indi dünyada müdafiə futbolunun dövrü sona çatıb. Fikrimcə, hücum futbolu nümayiş etdirməliyik. Avropa çempionatı üçün həyəcanlıyıq. Yığmanı gəncləşdirməyə çalışdıq və bunu bacardıq. Komanda üzvləri bir-birini yaxşı anlayır. Azarkeşlərimizi sevindirmək istəyirik".
İtaliya Avropa çempionatında Uels, İsveçrə və Türkiyə ilə eyni qrupdadır.