Mançini təhlükə qarşısında
Səudiyyə Ərəbistanı milliisinin baş məşqçisi Roberto Mançini istefa təhlükəsi ilə üz-üzədir.
Sportline.az xəbər verir ki, onun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı gözlənilir.
Bu haqda jurnalist Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, komandanın göstərdiyi nəticələr rəhbərliyi qane etməyib.
Qeyd edək ki, Mançini ötən ilin avqust ayından sözügedən komandanı çalışdırır.
Onun rəhbərlik etdiyi milli Asiya kubokunun 1/8 finalında mübarizəni dayandırıb.