Mançinidən ərəblərin mundiala ev sahibliyi etməsinə şərh
Təcrübəli mütəxəssis Roberto Mançini Səudiyyə Ərəbistanının dünya çempionatına ev sahibliyi edəcəyi xəbərindən danışıb.
Sportline.az "ITASportPress"ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Mançini hesab edir ki, bu ölkə 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün bütün resurslara malikdir.
“Bu, Səudiyyə Ərəbistanı üçün əla fürsətdir. Qarşıdakı on il ərzində ölkə fantastik dünya çempionatı hazırlaya biləcək. Bunun üçün onların bütün resursları var”, - deyə Mançini bildirib.
Qeyd edək ki, mundialın Səudiyyə Ərəbistanında keçiriləcəyini FIFA prezidenti Canni İnfantino açıqlayıb.