"Mançester Yunayted" niderlandlı futbolçunun transferində maraqlıdır
"Mançester Yunayted" klubu bu mövsüm "Bavariya"dan ayrılacaq niderlandlı müdafiəçi üçün təklif göndərməyə hazırlaşır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 24 yaşlı müdafiəçi Matias De Lixt bu yaz Almaniya klubundan ayırlacaq. "Qırmızı-şeytanlar" təcrübəli müdafiəçi üçün "Bavariya" klubuna rəsmi təklif göndərməyə hazırlaşır.
Almanya nəhəngi futbolçu üçün 80 milyon avro tələb edəcəyini bildirib.
Qeyd edək ki, Matias De Lixt bu mövsüm "Bavariya" klubu ilə çıxdığı 12 oyunda 1 qolla yadda qalıb.