"Manisa"nın futbolçusu uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

"Manisa" futbol klubunun təcrbüəli sol cinah hücumçusu dizindən ciddi zədə alıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Azərbaycanlı futbolçu Sərtan Taşkının da formasını geyindiyi "Manisa" klubu Kərim Freinin zədəli olduğu ilə bağlı məlumat yayıb.

Klubun həkimləri ilkin yoxlanışdan sonra cinah hücumçusunun minimum 3 həftə yaşıl meydanlara dönə bilməyəcəyini deyiblər.

Qeyd edək ki, Kərim Fei bu mövsüm "Manisa" klubu ilə çıxdığı 21 oyunda 1 qol, 3 asistlə yadda qalıb.