Maqnus Karlsen: “Nicat Abasovun çoxlu resurs tapması məni əsəbləşdirirdi”

“Nicat Abasovun çoxlu resurs tapması məni əsəbləşdirirdi”.

Sportline.az xəbər verir ki, bunu norveçli şahmatçı Maqnus Karlsen Bakıda keçirilən Dünya Kubokunun yarımfinalında Azərbaycan təmsilçisi Nicat Abasova qarşı görüşlə bağlı danışarkən deyib.

Beşqat dünya çempionu rəqibi barədə müsbət fikirlər səsləndirib: “Abasov çox güclü idi, inamlı oynayırdı. O, sürətli və uğurlu gedişlər edir. Buna görə də asan olmadı. Ancaq cavab görüşündə heç bir risk olmadığını düşünərək mübarizə apardım. Rəqibin fikrini “oxuduğum” üçün heç-heçəyə nail oldum”.

Qeyd edək ki, iki oyunun cəmində 1,5:0,5 hesablı qələbə qazanan Maqnus Karlsen Dünya Kubokunda finala yüksəlib. Turnirə avqustun 24-də yekun vurulacaq.